Bank Of Baku

«Access Bank»ın Müşahidə Şurasının tərkibində ciddi dəyişiklik edilib

«Access Bank»ın Müşahidə Şurasının tərkibində ciddi dəyişiklik edilib
# 05 oktyabr 2011 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin təsisçiləri tərəfindən bankın Müşahidə Şurasının sədri vəzifəsinə Orxan Aytemiz və Müşahidə Şurasının üzvlüyünə xanım Yeva Uittin təyin edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər O.Aytemiz Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Layihələrin Maliyyələşdirilməsi Qrupunun direktoru, 2002-ci ildən etibarən isə «Access Bank»ın Müşahidə Şurasının üzvü olub.

Y.Uittin isə Almaniyanın KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru, eləcə də «Access Bank»ın təsisçilərindən biri olan «Access Holding»in Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

Qeyd olunan təyinatlar «Access Bank»ın Müşahidə Şurasının keçmiş sədri Mixael Ceynzikin (Michael Jainzik) istefa verməsindən sonra baş tutub. Vaxtı ilə KfW-nin Frankfurt ofisində əsas sektor üzrə iqtisadçı vəzifəsində çalışmış M.Ceynzik KfW-nin Namibiya ofisinin direktoru təyin edildikdən sonra «Access Bank»ın Müşahidə Şurasının tərkibindən çıxıb. M.Ceynzik 2006-cı ilin dekabrından «Access Bank»ın Müşahidə Şurasının sədri və üzvü olub, buna qədər isə Bankın fəaliyyətə başladığı ilk vaxtlarda KfW-nin təmsilçisi olaraq «Access Bank»ın fəaliyyətinə görə məsuliyyət daşıyıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR