Bank Of Baku

«Turanbank»ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub

«Turanbank»ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub
# 05 oktyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin olunub. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.

N.Sadıqovun sözlərinə görə, 2008-ci ilin dekabr ayından bankın İdarə Heyətinin üzvü və eyni zamanda Risklərin idarə edilməsi Departamentinin direktoru vəzifəsində çalışmış Məhəmməd Kələşov bankın İdarə Heyətinin sədr müavini təyin edilib.

M.Kələşov müxtəlif təşkilatlarda və ümumilikdə bank sektorunda 11 illik iş təcrübəsinə malikdir.

Hazırda bankın İdarə Heyətinin sədri Nazim Sadıqov, sədr müavinləri M.Kələşov, Fəzail Musayev, üzvü isə Kəmalə Mustafayevadır.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 11 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR