Bank Of Baku

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - FOTO

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb - <font color=red>FOTO</font>
# 05 oktyabr 2011 13:55 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 20 buraxılışı işıq üzü görüb.

«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında makroiqtisadi mövzularla yanaşı cəmiyyəti çox maraqlandıran tikinti və daşınmaz əmlak sahələri barədə araşdırmalar, sığorta və bank bazarları üzrə renkinqlər yer alıb.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR