Bank Of Baku

Bakı Fond Birjasının sədri işdən çıxıb

Bakı Fond Birjasının sədri işdən çıxıb
# 05 oktyabr 2011 15:15 (UTC +04:00)
BFB-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda BFB-nin İdarə Heyətinin sədri Xəyal Abdinovun başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib. Müşahidə Şurasının qərarı ilə səhmdarların Ümumi Yığıncağı çağırılanadək BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icra edilməsi Risklərin İdarəsi Qrupunun rəhbəri Emin Əliyevə həvalə edilib.

BFB-nin səhmdarlarının Ümumi Yığıncağının noyabrın 18-də keçiriləsi qərara alınıb.

Qeyd edək ki, E.Əliyev 1978-ci ildə anadan olub, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində, 2000-2001-ci illərdə İtaliyanın Siyena Universitetində, 2003-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasında təhsil alıb. O, 2005-ci ildən etibarən bank sistemində, daha sonra isə yerli və xarici qiymətli kağızlar bazarları və maliyyə konsaltinqi sahəsində çalışıb. Ailəlidir, bir oğlu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR