Bank Of Baku

BVF: Avropa banklarının təkrar maliyyələşdirilməsi üçün 100-200 mlrd. avro vəsait tələb olunur

BVF: Avropa banklarının təkrar maliyyələşdirilməsi üçün 100-200 mlrd. avro vəsait tələb olunur
# 05 oktyabr 2011 15:23 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa banklarının təkrar maliyyələşdirilməsi üçün 100-200 mlrd. avro vəsait tələb olunur. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa departamentinin direktoru Antonio Borxes çıxış edib.

Onun sözlərinə görə, göstərilən rəqəm Avropa qiymətli kağızlar bazarının həcmindən əhəmiyyətli dərəcədə azdır.

“İnvestorların inamını bərpa etmək üçün dəqiq fəaliyyət planı tərtib olunmalıdır. Bütün dünyada heç bir bank sektoru inamın itirilməsinə duruş gətirə bilməz və biz Avropada onu bərpa etməliyik” - deyə A.Borxes qeyd edib.

Departament rəhbəri qlobal böhranın təkrarlanacağına dair investorların narahatlıqlarını əsaslı saysa da, dünya iqtisadiyyatındakı artımın BVF-nin sanksiyalaşdırılmış proqramları ilə əlaqədar olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR