Bank Of Baku

«PAŞA Həyat» sığorta şirkəti yeni xidmətlərin tətbiqinə hazırlaşır

«PAŞA Həyat» sığorta şirkəti yeni xidmətlərin tətbiqinə hazırlaşır
# 06 oktyabr 2011 06:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkətinin 2011-ci il ərzində 8 mln. manat həcmində sığorta haqqı toplayacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, şirkətin mövcud sığorta portfelində 90% icbari, 10% isə könüllü sığorta növlərinin payına düşür: «Bu ilin noyabr ayından başlayaraq şirkət bazara yeni könüllü sığorta növlərini təqdim edəcək ki, bunun nəticəsində ilin sonunadək könüllü sığortanın ümumi daxilolmalarda payının 30%-dək artacağı gözlənilir».

Qeyd edək ki, 2011-ci ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqları 7,3 mln. manat, sığorta ödənişləri isə 86,3 min manat olub.

Qeyd edək ki, «PAŞA Həyat» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari il oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR