Bank Of Baku

«Muğanbank» bu il müştərilərə 7 mln. manatlıq ipoteka krediti verilib

«Muğanbank» bu il müştərilərə 7 mln. manatlıq ipoteka krediti verilib
# 06 oktyabr 2011 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə «Muğanbank» ASC tərəfindən cari ilin əvvəlindən indiyədək 170 vətəndaşa 7 mln. manat həcmində ipoteka krediti verilib. Bunu «APA-Economics»ə açıqlamasında «Muğanbank»ın İdarə Heyətinin sədri Elmir Həsənov bildirib.

E.Həsənovun sözlərinə görə, bank fonda üzv olduğu vaxtdan indiyədək ümumilikdə 20 mln. manat həcmində ipoteka krediti ayırıb. Vətəndaşlara ayrılan bütün ipoteka kreditləri AİF xətti ilə ayrılıb: «Ümid edirəm ki, bank yaxın gələcəkdə öz ipoteka proqramını müştərilərə təqdim edəcək».

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 30 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR