Bank Of Baku

«Dəmirbank»ın Xətai filialının yeni ofisinin açılışı olub

«Dəmirbank»ın Xətai filialının yeni ofisinin açılışı olub
# 06 oktyabr 2011 10:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın «Dəmirbank» ASC-nin Xətai filialının yeni ofisinin rəsmi açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan Xətai filialının müdiri Sabir Kazımov bildirib ki, yeni korporativ interyer dizayn üslubunda tərtib edilən filial müştərilərə müxtəlif növ bank xidmətləri, o cümlədən istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri və digər bank xidmətləri göstərir: «Filial 2006-cı ildə fəaliyyətə başlayıb, cari ilin oktyabrın 1-nə filialın müştərilərinin sayı 3400, kredit portfelinin həcmi 2,5 mln. manat , əhalidən cəlb edilən əmanətlərin həcmi isə 1,619 mln. manat təşkil edib».

Tədbirdə iştirak edən bankın İdarə Heyətinin sədri Roman Əmircanov bu gün ölkənin ən iri banklarından olan «Dəmirbank»ın fəaliyyətinin 22 ili tamam olduğunu qeyd edib. Xətai filialının yeni ofisinin açılış mərasimi də məhz bu günə təsadüf edir. «Son bir il ərzində bankın 5 filialı müştərilər üçün daha rahat olan yeni ofislərə köçürülüb. Həmin filialların interyeri yeni dizaynda tərtib edilib və bu proses digər filiallarda davam etdiriləcək», - deyə R.Əmircanov bildirib.

Qeyd edək ki, bankın Xətai filialının yeni ofisi Sarayevo küçəsi,34A ünvanında yerləşir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın ölkə üzrə 31 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR