Bank Of Baku

«Azərpoçt» «Contact» və «Zolotaya Korona» beynəlxalq pul köçürmələri sistemi ilə danışıqlar aparır

«Azərpoçt» «Contact» və «Zolotaya Korona» beynəlxalq pul köçürmələri sistemi ilə danışıqlar aparır
# 06 oktyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaxın gələcəkdə «Azərpoçt» MMC ilə «Coinstar» beynəlxalq pul köçürmələri arasında imzalanmış müqaviləyə əsasən, bu sistemin AKİS-ə (Avtomatlaşmış Korporativ İnformasiya Sistemi) inteqrasiyası tam hazırlanaraq əhalinin istifadəsinə veriləcək. «APA-Economics»in Yeni Azərbaycan Partiyasının saytına istinadən verdiyi məlumata görə, bu barədə «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev bildirib.

Onun sözlərinə görə, «Azərpoçt» MMC-yə Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında digər bank xidmətləri ilə yanaşı, beynəlxalq pul köçürmələri sisteminin tətbiqi üzrə işlər həyata keçirilməkdədir: «Ölkənin əksər poçt şöbələrinin «Western Union» beynəlxalq pul köçürmələri sisteminə qoşulması prosesi başa çatdırılıb və əhalinin istifadəsinə verilib».

Q.Bəybalayev qeyd edib ki, «Azərpoçt» MMC «Coinstar» beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə ölkənin bütün şəhər və rayonları, hətta ucqar dağ kəndləri də daxil olmaqla yüksək səviyyədə xidmət və sərfəli tariflər poçt istifadəçilərinə vəd edir.

«Biz hazırda «Contact» və «Zolotaya Korona» beynəlxalq pul köçürmələri sistemi ilə də danışıqlar aparırıq», - deyə MMC-nin rəhbəri bildirib.

Qeyd edək ki, «Azərpoçt» MMC tabeliyində olan 10 regional, 53 rayon və şəhər poçt filalı, 7 rayon rabitə qovşağı, 1 499 poçt şöbəsi və 71 poçt agentliyi vasitəsilə müştərilərə 50-dən artıq müxtəlif növ poçt xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR