Bank Of Baku

«Kredaqro» təşkilatı bölgələrdə fəaliyyətini genişləndirir

«Kredaqro» təşkilatı bölgələrdə fəaliyyətini genişləndirir
# 06 oktyabr 2011 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Kredaqro» bank olmayan kredit təşkilatının Abşeron filialı qurumun strategiyasına uyğun olaraq sub-ofis (köməkçi ofis) kimi fəaliyyət göstərəcək. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Eldar Cəfərov bildirib.

E.Cəfərovun sözlərinə görə, Abşeron filialının dəyişiklik yalnız statusun dəyişməsi ilə bağlıdır: «Sub-ofis olaraq yenə də müştərilərə biznes, ekspress, istehlak, avtomobil, kənd təsərrüfatı və lizinq kreditlərinin verilməsi xidmətləri təklif edilir. Hazırda bizim təşkilatın ölkə üzrə 15 filialı və 7 sub-ofisi fəaliyyət göstərir. Mühüm məqsədlərimizdən biri regionda fəaliyyət dairəsini və xidmət şəbəkəsini daha da genişləndirməkdir».

E.Cəfərov bildirib ki, təşkilatın əsas missiyası Azərbaycanın regionlarında iş adamlarını maliyyə xidmətləri ilə təmin etməklə dinamik bir təşkilata çevirməkdir: «Təşkilat sosial yönümlü bir qurum kimi müştərilərin ehtiyacına cavab verən və ölkənin bütün ərazisində asanlıqla əldə edilə bilən maliyyə xidmətlər göstərməyə çalışır. Bu baxımdan, «Kredaqro» daha çox fəaliyyətində regionlara üstünlük veririk».

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «Kredaqro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilat 15 filialı (Bakı, Sumqayıt, Xaçmaz, Quba, İsmayıllı, Göyçay, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Mingəçevir, Gəncə, Tovuz, Ağstafa, Qazax, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) və 7 köməkçi ofisi vasitəsi ilə 22 mindən artıq müştəriyə xidmət göstərir. Cari ilin oktyabrın 1-nə təşkilatın kredit portfelinin həcmi 26,704 mln. manat, nizamnamə kapitalı isə 4,5 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR