Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinə Neft Fondundan transfertlər artırılır

Azərbaycanın dövlət büdcəsinə Neft Fondundan transfertlər artırılır
# 06 oktyabr 2011 13:14 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

M.Rəhimovun sözlərinə görə, büdcə gəlirlərində əsas yeri tutan Dövlət Neft Fondundan transferlər gələn il üçün təxminən 10 mlrd. manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, beləliklə transfertlərin gələn il 9% artacağı gözlənilir. Belə ki, 2011-ci ilin büdcəsində Neft Fondundan transfertlərin həcmi 9,180 mlrd. manat təşkil edir. Bunun 6,480 mlrd. manatı ötən ilin sonunda büdcə qəbul olunan zaman nəzərdə tutulub, qalan 2,7 mlrd. manatı isə 2011-ci ilin may ayında büdcəyə dəyişikliklər edilərkən əlavə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR