Bank Of Baku

«Meqa Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Meqa Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 06 oktyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkəti oktyabr ayının sonuna kimi nizamnamə kapitalını 27% artıraraq 7 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Murtuzayev bildirib.

Ə.Murtuzayevin sözlərinə görə, hazırda şirkətin nizamnamə kapitalının həcmi 5,5 mln. manat təşkil edir, 1,5 mln. manatlıq əlavə səhm emissiyasının isə oktyabr ayının sonuna kimi yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildə «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu il oktyabr ayında isə «Meqa Sığorta»ya dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR