Bank Of Baku

Putin: “Kudrin bütün dünyada ən yaxşı mütəxəssislərdəndir”

Putin: “Kudrin bütün dünyada ən yaxşı mütəxəssislərdəndir”
# 06 oktyabr 2011 15:09 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ilk dəfə olaraq sabiq maliyyə naziri Aleksey Kudrinin istefasına münasibət bildirib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, V.Putin A.Kudrinin hakim komandanın üzvü olaraq qalmaqda davam etdiyini söyləyib.

“Bu, həm mənim, həm də prezident Medvedevin fikridir - emosional xarakterinə baxmayaraq, Aleksey Leonidoviç bizim komandanın üzvü olaraq qalır və biz onunla işləyəcəyik” - deyə “Rusiya çağırır!” forumunda çıxış edən baş nazir qeyd edib.

A.Kudrini “lazımlı və faydalı adam” adlandıran V.Putinin fikrincə, sabiq nazir təkcə Rusiyada deyil, bütün dünyada ən yaxşı mütəxəssislərdəndir.

Qeyd edək ki, 2000-ci ildən Rusiyanın maliyyə naziri postunu tutan Kudrin prezident Medvedev baş nazir olarsa, onun hökumətində işləməyəcəyini bəyan etdiyi üçün dövlət başçısının qəzəbinə gəlib və sentyabrın 26-da istefaya göndərilib. Buna baxmayaraq, o, Milli Bank Şurasının və prezident yanında maliyyə bazarları üzrə Şuranın sədri olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR