Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi magistr və tələbələr üçün «açıq dərs»lər təşkil edib

İqtisadi İnkişaf Nazirliyi magistr və tələbələr üçün «açıq dərs»lər təşkil edib
# 06 oktyabr 2011 16:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il oktyabrın 3-dən başlayaraq İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ali məktəblərin magistr və tələbələri üçün «açıq dərs»lər təşkil edilib.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə nazirliyin əməkdaşları tərəfindən tədbir iştirakçılarına ölkənin son 20 ildə iqtisadi sahədə qazandığı uğurlar barədə geniş məlumat verilir, eləcə də tələbələri maraqlandıran suallar cavablandırılır.

Bu günədək keçirilmiş dərslərdə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Akademiyasının magistr və tələbələri iştirak edib.

Tədbirdə iştirakçılara həmçinin ölkənin əldə etdiyi nailiyyətləri əks etdirən foto və diaqramlar nümayiş etdirilir, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hazırlanmış «Doing Business in Azerbaijan» kitabçaları və digər çap materialları paylanıb.

Oktyabrın 11-dək davam edəcək «açıq dərslər»də Azərbaycanın digər ali təhsil müəssisələrinin magistr və tələbələrinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR