Bank Of Baku

“Moody’s” İtaliyanın bir sıra iri bank və şirkətlərinin reytinqini aşağı salıb

“Moody’s” İtaliyanın bir sıra iri bank və şirkətlərinin reytinqini aşağı salıb
# 07 oktyabr 2011 07:52 (UTC +04:00)
Bakı - APA-Economics. “Moody’s” beynəlxalq reytinq agentliyi İtaliyanın uzunmüddətli suveren reytinqinin Aa2 səviyyəsindən A2-yə endirilməsi haqqında qərarından sonra ölkənin bir sıra iri banklarının da reytinqini aşağı salıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, “UniCredit” və “Intesa” kimi böyük maliyyə təşkilatlarının borc öhdəlikləri və depozitlər üzrə uzunmüddətli reytinqi Aa3-dən A2-yə endirilib.

İtaliyanın digər banklarının reytinqi 1-3 pillə geriləyib. Reytinqlər üzrə proqnozların əksəriyyəti “neqativ”dir.

Bundan başqa, bəzi dövlət şirkətlərinə, o cümlədən “ENI” neft-qaz, “Enel” və “Tema” enerji, “Finmeccanica” müdafiə şirkətlərinə də bu hadisədən pay düşüb.

Qeyd edək ki, iki həftə əvvəl “Standard and Poor’s” (S&P) agentliyi İtaliyanın reytinqini bir pillə (A+-dən A-ya) aşağı salıb. Buna səbəb avrozona ölkələrinin milli borc öhdəliklərinin yüksək həcmi səbəbindən risklərin artması və bununla əlaqədar kreditorların, investorların inamının azalmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR