Bank Of Baku

Azərbaycanda pensiya və müavinətlərin paylanmasında iştirak edən müvəkkil təşkilatların sayı artırılacaq

Azərbaycanda pensiya və müavinətlərin paylanmasında iştirak edən müvəkkil təşkilatların sayı artırılacaq
# 07 oktyabr 2011 08:11 (UTC +04:00)
Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, pensiya sistemində aparılan islahatlar və pensiya və sosial müavinətlərin artırılmasından irəli gələn məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Bildirilib ki, son dövrlərdə pensiyaların məbləğinin artırılması bankomatlarda nağd pul vəsaitinə, xüsusən də kiçik nominallı əsginaslara tələbatı artırıb. Həmçinin qeyd edilib ki, hazırda ölkədə pensiya və sosial müavinətlərin paylanılması DSMF tərəfindən seçilmiş iki müvəkkil bank tərəfindən həyata keçirilir. Pensiya və sosial müavinətlərin paylanmasını bütövlükdə Bakı və Sumqayıt şəhərləri üzrə ABB, regionlar üzrə isə həm ABB, həm də «Kapital Bank» həyata keçirir. Cari ilin sentyabrın 1-nə olan məlumata görə ABB-nin 622 (Bakı şəhəri üzrə 354, regionlar üzrə 268) və «Kapital Bank»ın 416 (Bakı şəhəri üzrə 108, regionlar üzrə 308) bankomatı fəaliyyət göstərir.

Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və sosial müavinətlərin paylanmasında çatışmazlıqların aradan qaldırılması və bankomatların nağd pulla daha operativ təmin edilməsinin təşkili məqsədilə Mərkəzi Bankın dəstəyi ilə ölkə üzrə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqlarının yaradıldığını bildiriblər. Eyni zamanda, bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması imkanı yaranıb.

Müzakirələrdə pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması zamanı müasir texnologiyalardan – «SMS məlumatlandırma» xidmətindən istifadə olunması təklif olunub. Belə ki, aparılan müşahidələr onu göstərir ki, bir çox hallarda bankomatlar qarşısında uzun növbələrin yaranmasına səbəb pensiyaçıların pensiya və sosial müavinətlərin verilməsi ərəfəsində bankomatlarda balanslarının yoxlanılması ilə əlaqədardır. Bildirilib ki, bu xidmətin tətbiqi sayəsində pensiyaçıları pensiya və sosial müavinətlərin ödəniş kartı hesabına vəsaitin köçürülməsi barədə məlumatlandırılması mümkündür.

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyevin bildirdiyinə görə, AMB fəaliyyətini «dövriyyədə təmiz pul» siyasəti üzərində qurub və həm iqtisadiyyatı, həm də pensiyaçıları təmin etməyə kifayət qədər nağd pul ehtiyatına malikdir.
Görüşün yekununda pensiya və sosial müavinətlərin əhaliyə çatdırılmasında daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müxbir banklara pensiyaçıların hər iki müvəkkil bankın bankomat şəbəkəsindən əlavə haqq ödəmədən istifadə etməsi imkanının yaradılması üçün müvafiq qiymətləndirmələrin aparılması, həmçinin pensiya və sosial müavinətlərin paylanmasına cəlb edilmiş bankomatların nağd pulla, o cümlədən bir manatlıq əsginaslarla təmin edilməsi üçün zəruri addımların atılması tapşırılıb.

Həmçinin, DSMF-yə tövsiyə olunub ki, pensiya və sosial müavinətlərin paylanması zamanı bankomatlar qarşısında növbələrin yaranmaması üçün pensiyaçılar arasında «SMS məlumatlandırma» xidmətinin geniş tətbiq edilməsi və eyni zamanda pensiyaların paylanmasının rayon və şəhərlər üzrə sürüşkən qrafiklə verilməsi imkanı yaradılsın. Eyni zamanda bildirilib ki, pensiyaçılara göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə azad rəqabət mühitinin yaradılması məqsədilə pensiya, təqaüd və digər sosial ödənişlərin paylanması prosesinə cəlb olunmuş müvəkkil təşkilatların sayı artırılmalı, pensiyaçılara bu təşkilatlar arasında sərbəst seçim etmək imkanı verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR