Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyası keçirir

«Bank of Baku» yeni kredit kampaniyası keçirir
# 07 oktyabr 2011 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC oktyabrın 9-da - Beynəlxalq poçt günü ilə bağlı ölkənin poçt işçilərinə güzəştli kredit kampaniyası keçirir.

Bankdan «APA-Economics»ə verilən məlumatına görə, kampaniyanın şərtlərinə əsasən, poçt sahəsində çalışan bütün ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcəsində 2% endirim olunacaq.

Əməkdaşın vəzifəsindən və kredit tarixçəsindən asılı olaraq kreditin maksimal məbləği 5 min manata qədər artırıla bilər. «Əgər güzəştli şərtlərlə kreditin məbləği 4 000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ poçt sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək», - deyə bankdan bildirilib.

Qeyd edək ki, kampaniya oktyabrın 10-dan noyabrın 15-dək keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR