Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 15%-i ötüb

İTM: Azərbaycanda illik inflyasiya 15%-i ötüb
# 07 oktyabr 2011 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM-dən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,65% artıb. Bu zaman ərzaq məhsulları 0,68%, qeyri-ərzaq məhsulları 0,59%, xidmətlər isə 0,74% bahalaşıb.

Avqust ayına nisbətdə sentyabrda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,84%, regionlarda 0,45% artıb. O cümlədən, ərzaq məhsulları Bakıda 0,96%, regionlarda 0,41%, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,80% və 0,38%, xidmətlər isə 0,83% və 0,65% bahalaşıb. Sentyabr ayı ərzində ən çox xarici dil kursları (8,34%), toyuq yumurtası (7,95%), sümüklü qoyun əti (4,94%) bahalaşıb. Mövsümi amillərlə bağlı sentyabrda nar 28,45%, balqabaq 13,64%, təzə kartof 13,46% və s. ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,24% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,89%, regionlarda isə 11,65% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (25,40%) olub. Qeyri-ərzaq məhsullarında artım 4%, xidmətlərdə isə 4,65% təşkil edib.

İTM-dən qeyd ediblər ki, 2011-ci ilin 9 ayında ölkədə istehlak qiymətləri 8,52%, o cümlədən ərzaq məhsulları 13,25%, qeyri-ərzaq məhsulları 2,54%, xidmətlər isə 4,07% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR