Bank Of Baku

DSMF: Azərbaycanda pensiyaların paylanması prosesinə yeni banklar cəlb olunacaq

DSMF: Azərbaycanda pensiyaların paylanması prosesinə yeni banklar cəlb olunacaq
# 07 oktyabr 2011 10:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, seçimin artıq bu il tender vasitəsi aparılması nəzərdə tutulub.

«Vaxtı ilə buna iki bank hazır idi və onlar prosesə gəlb edilib. İndi daha çox bank buna hazırdır və daha geniş iştirak olanda rəqabət də böyük olur və xidmətlə bağlı qiymətlər aşağı düşür», - deyə S. Müslümov vurğulayıb.

S.Müslümov bildirib ki, bu yaxınlarda hərbi qulluqçuların pensiyalarının plastik kartlarla verilməsi üçün keçirilən tenderdə çoxsaylı iştirak olub və daha səmərəli qiymətlər təqdim edilib: «Əvvəllər bu sahədə xidmət üçün bir ildə bir karta 4,5 dollara yaxın vəsait ödəyirdiksə, indi bu rəqəm 3,2 dollara düşüb. Rəqabət bu qiymətləri aşağı salıb».

DSMF sədrinin sözlərinə görə, ötən tender 8 lot (1-i Bakı şəhəri, 7-si digər şəhər və rayonlar üzrə) üzrə keçirilib. Budəfəki tenderdə lotların sayı artırılacaq: «Bu dəfə lotların sayı artırılacaq. Hazırda bununla bağlı işlər gedir. Bakı şəhəri üzrə 3 lot keçirmək istəyirik, digər rayonlar üzrə də lotların sayını artıracağıq. Yenə ən aşağı qiymət verib, normal bankomat infrastruktruna və prosessinq şirkətinə malik banklar tenderin qalibi ola biləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR