Bank Of Baku

Azərbaycanda büdcə gəlirlərinin 71%-i qeyri-dövlət sektorunun payına düşür

Azərbaycanda büdcə gəlirlərinin 71%-i qeyri-dövlət sektorunun payına düşür
# 07 oktyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2011-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə operativ məlumatlara görə, 4 065,6 mln. manat köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Nazirlikdən «APA-Economics»ə verilən məlumatına görə, vergi yığımların 2 881,8 mln. manatı və ya 70,9%-i özəl sektorun payına düşür. Bununla yanaşı qeyd olunur ki, özəl sektordan yığılan vergilərin həcmi 40,5% artıb.

Bundan başqa, qeyri-neft sektorundan vergi yığımlarının artdığı da qeyd olunur. Belə ki, 9 ay ərzində qeyri-neft sektorundan 2 156,9 mln. manat vergi yığılıb ki, bu da illik müqayisədə 22,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR