Bank Of Baku

Azərbaycanın vergi orqanlarına bu il vətəndaşlardan 39 minə yaxın müraciət daxil olub

Azərbaycanın vergi orqanlarına bu il vətəndaşlardan 39 minə yaxın müraciət daxil olub
# 07 oktyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın vergi orqanlarına vətəndaşlardan ümumilikdə 38 743 müraciət daxil olunub.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bunlardan 97,37%-i ərizə, 2,56%-i şikayətlər və 0,07%-i vergi orqanlarının işinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərdir.

Nazirlikdən bildirilib ki, müraciətlərin 78,85%-i tam və ya qismən təmin olunub, 5,99%-i isə əsassız hesab olunub.

İlin əvvəlindən Nazirliyin «195» telefon nömrəli Məlumat Xidmətinə 189 058 müraciət daxil olub. Bundan başqa, Nazirliyin internet səhifəsinə daxilolmaların sayı 2 131 524 təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR