Bank Of Baku

«Dəmirbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Dəmirbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 07 oktyabr 2011 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 24-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Dəmirbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

«Dəmirbank» ASC-nin səhmlərinin yerləşdirilməsində andderayter rolunda «ADB Broker» şirkəti şirkəti çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 5% artaraq 21 mln. manata çatacaq.

Qeyd edək ki, «Dəmirbank» (əvvəlki adı «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu ilin avqustun 1-nə bankın aktivləri 338,3 mln. manat, depozit portfeli 138,5 mln. manat, kredit portfeli 239,9 mln. manat, məcmu kapitalı 47,9 mln. manat, nizamnamə kapitalı isə 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR