Bank Of Baku

«Dəmirbank» xaricdən cəlb etdiyi vəsaitlərin vaxtından əvvəl qaytarılması üçün kreditorlarla danışıqlar aparır

«Dəmirbank» xaricdən cəlb etdiyi vəsaitlərin vaxtından əvvəl qaytarılması üçün kreditorlarla danışıqlar aparır
# 10 oktyabr 2011 08:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC maliyyə böhranı zamanı xaricdən illik 9-10% dərəcəsi ilə cəlb etdiyi vəsaitlərin vaxtından əvvəl qaytarılması və yaxud faiz dərəcəsinin aşağı salınması istiqamətində kreditorlar ilə danışıqlar aparır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, hazırda xaricdən cəlb olunan vəsaitlərin faiz dərəcəsi bütün xərclər də daxil olmaqla illik 7,8% civarında müəyyənləşir: «Çalışırıq ki, xaricdən cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi qeyd olunan həddi keçməsin».

R.Əmircanov bildirib ki, bankın ümumi öhdəliklərində xaricdən cəlb olunan vəsaitlərin xüsusi çəkisi 50%-dən yüksəkdir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın ölkə üzrə 31 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR