Bank Of Baku

Barak Obama Senatdakı respublikaçıları böhrana görə məsuliyyət daşımağa çağırıb

Barak Obama Senatdakı respublikaçıları böhrana görə məsuliyyət daşımağa çağırıb
# 10 oktyabr 2011 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama Senatdakı respublikaçıları işsizliklə mübarizə haqqında təklif etdiyi qanun layihəsinə səs verməyə çağırıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə B.Obama Konqresə həftəlik müraciətində bildirib.

Prezident qeyd edib ki, əgər onlar bu təşəbbüsə qarşı çıxsalar, o zaman Amerika xalqı qarşısında məsuliyyət daşımalı olacaqlar: “Amerikalılar qanunda respublikaçıları konkret nəyin təmin etmədiyini bilmək hüququna malik olacaqlar. Çünki bu qanun xalqa böhranın artıq irəliləməkdə olan ikinci dalğasından qorunmaq üçün təminat kimi lazımdır”.

Qeyd edək ki, Ağ Ev rəhbərinin təklif etdiyi yeni qanun layihəsində hazırda 9,1% səviyyəsində olan işsizlik səviyyəsini azaltmaq üçün 447 mlrd. dollar ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR