Bank Of Baku

«Parabank» bazara yeni kredit məhsulu çıxarıb

«Parabank» bazara yeni kredit məhsulu çıxarıb
# 10 oktyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il dekabrın 3-də Azərbaycanın «Parabank» ASC-nin 20 illik yubileyi qeyd ediləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yubiley münasibətilə «Parabank» müştərilərə «Yubiley» adlı yeni kredit məhsulunu təqdim edib. «Yubiley» kreditinin şərtlərinə əsasən, borcalanlar 6 ay müddətinə qədər güzəştli dövrdən faydalana bilərlər, bu dövrdə borcalan yalnız kreditin faizlərini ödəyir, əsas borcun ödənilməsi isə 7-ci aydan etibarən başlanır.

«Yubiley» kredit məhsulunun faiz dərəcəsi aylıq 1,7%-dən başlayır, müddəti 12-36 ay, məbləği isə 10-100 min manat ola bilər. Bank xərcləri və digər komissiyalar isə 1% dərəcəsi ilə hesablanır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR