Bank Of Baku

«Aqrarkredit» gələn ildən kənd təsərrüfatının kreditləşməsini artıracaq

«Aqrarkredit» gələn ildən kənd təsərrüfatının kreditləşməsini artıracaq
# 10 oktyabr 2011 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı tərəfindən hər il ölkənin kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinə 15 mln. manat həcmində kredit ayrılır. Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit»in İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, vəsaitlər əsasən bitkiçilik, toxumçuluq və heyvandarlıq sahələrinin inkişafına ayrılır. Növbəti illərdə bu vəsaitin həcminin artırılması gözlənilir.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR