Bank Of Baku

Sentyabrda Azərbaycanda 7,5 mln. manatlıq ipoteka krediti verilib

Sentyabrda Azərbaycanda 7,5 mln. manatlıq ipoteka krediti verilib
# 10 oktyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda əhaliyə 7,5 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Ümumilikdə, 2011-ci ilin ilk 9 ayında 68,8 mln. manatlıq ipoteka kreditləri verilib.

Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 318,5 mln. manata çatıb. Nəticədə, oktyabrın 1-nə Azərbaycanda adambaşına ipoteka kreditinin həcmi 34,9 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, sentyabrın 1-də 34,1 manat olub.

Hesabat ayında AİF tərəfindən 6,3 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. Bu, avqusta nisbətən 5% artıqdır. Yanvar-sentyabr aylarında 50,6 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 226,6 mln. manatı və ya 71,1%-i təkrar maliyyələşdirilib. Sentyabr ayında dövlət büdcəsindən AİF-ə 1,2 mln. manat vəsait ayrılıb. Nəticədə, ilk 9 ayda büdcədən ipoteka məqsədləri üçün ayrılan məbləğ 15,4 mln. manata çatıb.

Sentyabrda İpoteka Fondu birjada 13 mln. manatlıq istiqraz yerləşdirib. Yanvar-sentyabr aylarında Fondun buraxdığı istiqrazların həcmi 60 mln. manata çatıb. Qeyd edək ki, bu il fondun ilkin olaraq 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulurdu. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olmalı idi. Amma bu məbləğ artıq 15,4 mln manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR