Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyasına iki lizinq şirkəti üzv olub

Azərbaycan Mikromaliyyə Assosiasiyasına iki lizinq şirkəti üzv olub
# 10 oktyabr 2011 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) ölkədə fəaliyyət göstərən iki lizinq şirkəti üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, İdarə Heyətinin qərarı ilə «Qafqaz Leasing» və «Finance Leasing» şirkətlərinin AMA-ya üzvlüyü təsdiqlənib. Bununla da AMA-nın üzvlərinin ümumi sayı 29-a çatıb.

J.Hacıyeva bildirib ki, Assosiasiyaya üzvlüklə bağlı daha bir neçə maliyyə qurumu müraciət edib, hazırda həmin təşkilatlarla danışıqlar aparılır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR