Bank Of Baku

«AtaSığorta»nın daxilolmaları 40% artıb

«AtaSığorta»nın daxilolmaları 40% artıb
# 10 oktyabr 2011 11:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2011-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 4,023 mln. manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği illik müqayisədə 3 dəfə artaraq 1,424 mln. manata çatıb.

Qeyd edək ki, təsisçisi «AtaHolding» şirkəti olan «AtaSığorta» ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR