Bank Of Baku

Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi yeni rekord səviyyəyə yaxınlaşır

Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi yeni rekord səviyyəyə yaxınlaşır
# 10 oktyabr 2011 11:54 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi cari ilin yekunlarına əsasən rekord həddə çatacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Jukov bildirib.

Pekində keçirilən VI Rusiya-Çin İqtisadi Forumunda çıxış edən A.Jukov deyib ki, 2011-ci ilin 8 ayə ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 50% artıb: “Bu isə ehtimal etməyə əsas verir ki, ilin sonunda ticarət dövriyyəsinin həcmi yeni rekord səviyyəyə - 70 mlrd. dollara çatacaq”.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına əsasən Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi 55,45 mlrd. dollar təşkil edib. son on ildə ticarət dövriyyəsinin həcmi 8 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR