Bank Of Baku

Medvedev Kudrini bütün vəzifələrdən uzaqlaşdırır

Medvedev Kudrini bütün vəzifələrdən uzaqlaşdırır
# 11 oktyabr 2011 11:10 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin prezident yanında Maliyyə bazarları üzrə Şuranın tərkibindən çıxarıla bilər.

APA-Economics”in “RBK Daily”yə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkoviç bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Şuranın tərkibində kadr dəyişiklikləri olacaq. Moskva meri Sergey Sobyanin və baş nazirin birinci müavini İqor Şuvalov Şuranın üzvlüyünə təyin ediləcəklər. Aleksey Kudrin artıq baş nazirin birinci müavini olmadığı üçün Şura üzvlüyündən və sədrliyindən kənarlaşdırılacaq.

Qeyd edək ki, dünən A.Kudrin Rusiya hökuməti yanında Hərbi sənaye komissiyasının, İqtisadi inkişaf və inteqrasiya üzrə komissiyanın, Büdcə düzəlişləri üzrə komissiyanın üzvlüklərindən xaric edilib. Halbuki baş nazir V.Putin bu günlərdə onun hakim komandanın üzvü olaraq qalmaqda davam etdiyini söyləmişdi: “Kudrin lazımlı və faydalı adamdır, təkcə Rusiyada deyil, bütün dünyada ən yaxşı mütəxəssislərdəndir”.

2000-ci ildən Rusiyanın maliyyə naziri postunu tutan Kudrin prezident Medvedev baş nazir olarsa, onun hökumətində işləməyəcəyini bəyan etdiyi üçün dövlət başçısının qəzəbinə gəlib və sentyabrın 26-da istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR