Bank Of Baku

Azərbaycanın daha üç bankı «MasterCard»da sertifikasiyanı tamamlayıb

Azərbaycanın daha üç bankı «MasterCard»da sertifikasiyanı tamamlayıb
# 11 oktyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi tərəfindən xidmət olunan «Bank of Baku» ASC «MasterCard Int.» beynəlxalq təşkilatında «MChip» (çip) kartların emissiyası, həmçinin «MChip ekvayrinq»i (ATM, POS) üzrə sertifikasiyanı tamamlayıb.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, «Bank of Baku» ilə yanaşı qeyd olunan sertifikasiyanı «Azər-Türk Bank» ASC və «Azərbaycan Sənaye Bankı» ASC də başa çatdırıb.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda Mərkəz tərəfindən 13 banka xidmət göstərilir. Həmin banklar (13 bank) tərəfindən 170 mindən artıq ödəniş kartları emissiya edilib, 290-dan artıq bankomat və 1200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR