Bank Of Baku

Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-ə nisbəti bu il 75%-ə çatacaq

Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-ə nisbəti bu il 75%-ə çatacaq
# 11 oktyabr 2011 13:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, hazırda valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65%-dən çoxdur. Cari ilin sonuna isə bu nisbətin 75%-ə çatacağı proqnozlaşdırılır.

Təqdimatda həmçinin bildirilir ki, cari ilin yanvar-avqust ayları ərzində ölkənin valyuta ehtiyatları (Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Dövlət Neft Fondu və Maliyyə Nazirliyinin valyuta vəsaitləri) 40,5 mlrd. ABŞ dollarını ötüb ki, bu da ölkənin 4 illik mal və xidmətlərin idxalına kifayət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR