Bank Of Baku

Jan Klod Trişe: “Avrozonadakı borc böhranı sistemli şəkil alıb, iqtisadiyyat üçün risklər sürətlə artır”

Jan Klod Trişe: “Avrozonadakı borc böhranı sistemli şəkil alıb, iqtisadiyyat üçün risklər sürətlə artır”
# 11 oktyabr 2011 15:12 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonadakı borc böhranı sistemli şəkil alıb və iqtisadiyyat üçün risklər sürətlə artır. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankının prezidenti Jan Klod Trişe bildirib.

Avropa Parlamentinin İqtisadi və monetar məsələlər komitəsinin iclasında çıxış edən J.K.Trişe deyib ki, böhranın aradan qaldırılması üçün qətiyyətli addımlar atılmalıdır: “Avropa maliyyə sistemində bütün bəndlərin qarşılıqlı asılılığı böhranın ayılmasının yüksək riskini şərtləndirir. Bu, Avropa İttifaqının maliyyə sabitliyinə təhlükə törədir və onun sərhədlərini aşır”.

J.K.Trişe Avropa ölkələrinin hökumətlərini böhranı həll etmək üçün qüvvələrini səfərbər etməyə çağırıb: “İstənilən ləngimə fəlakətli nəticələrə səbəb ola bilər. Artıq bankların təkrar kapitallaşması məsələsinə dair konkret qərarlar qəbul etməyin vaxtı gəlib çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR