Bank Of Baku

Oktyabrın 20-də Beynəlxalq Kredit İttifaqları Günü qeyd olunacaq

Oktyabrın 20-də Beynəlxalq Kredit İttifaqları Günü qeyd olunacaq
# 12 oktyabr 2011 09:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 20-də dünyanın 100 ölkəsinin 188 mln. üzvü olan kredit ittifaqları Beynəlxalq Kredit İttifaqları Günü qeyd edəcək.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) “APA-Economics”ə verilən xəbərə görə, bu il kredit ittifaqları kooperativlərin böyük biznes sektoruna daxil olacaq.

BMT 2012-ci ili Beynəlxalq Kooperativlər İli kimi qeyd etməklə başlamaq istəyir. Builki Beynəlxalq Kredit İttifaqları Gününün “Kredit İttifaqları işıqlı dünya yaradır” şüarı Beynəlxalq Kooperativlər İlinin “Kooperativ müəssisələr işıqlı dünya yaradır” şüarını tamamlayacaq.

Beynəlxalq Kredit İttifaqları Gününün qeyd edilməsi kredit ittifaqları hərəkatının tarixində lazımi dərəcədə qiymətləndirilir. O, kredit kooperativlərinin iqtisadi və sosial sahələrə müsbət təsirinin beynəlxalq səviyyədə tanınılmasına yardım edir və eyni zamanda kredit kooperativləri qazanc, xeyriyyəçilik üçün deyil, öz üzvlərinə qarşılıqlı maliyyə yardımı ilə xidmət göstərmək üçün mövcud olduğunu vurğulayır.

Azərbaycanda AKİA-nın üzvü olan 74 kredit ittifaqının 20 000 nəfərdən çox üzvü də Beynəlxalq Kredit İttifaqları Gününü qeyd edəcək. Bu kredit ittifaqlarının nizamnamə kapitalı 9 mln. manatdan çoxdur, ehtiyat kapitalı təxminən 3 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR