Bank Of Baku

Slovakiya “avrozonanın xilası planı”na mane olur

Slovakiya “avrozonanın xilası planı”na mane olur
# 12 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. Slovakiya parlamenti Avropa Maliyyə Sabitliyi Fondunun (EFSF) 440 mlrd. avrodan 770 mlrd. avroya artırılmasının əleyhinə çıxıb, eyni zamanda İveta Radiçovanın hökumətinə etimadsızlıq göstərib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, 150 deputatı olan parlamentin iclasda iştirak edən 124 üzvündən 55-i “avrozonanın xilası planı” adlandırılan məsələnin lehinə, 9-u əleyhinə çıxıb, 60 deputat isə bitərəf qalıb. Sonuncular arasında hakim koalisiyaya daxil olan “Azadlıq və həmrəylik” partiyası da var.

Bununla belə, Slovakiya parlamentinin bu həftənin sonunadək EFSF-nin artırılmasını ratifikasiya edəcəyi gözlənilir. Müxalif “Kurs - sosial demokratiya” partiyası Radiçova istefaya gedəcəyi təqdirdə, sənədin lehinə səs verəcəyini bəyan edib.

Slovakiyadakı hökumət böhranı səbəbindən Avropa İttifaqının (Aİ) 17-18 oktyabrda Brüsseldə keçiriləcək sammiti oktyabrın 23-nə təxirə salınıb. Çünki Slovakiya EFSF-nin artırılmasını ratifikasiya etməyən sonuncu Aİ ölkəsidir. Əgər bu addım atılmasa, Yunanıstanın dövlət borcu üzrə defoltu qaçılmaz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR