Bank Of Baku

«DəmirBank» xaricdən yeni sindikatlaşdırılmış kredit cəlb edib

«DəmirBank» xaricdən yeni sindikatlaşdırılmış kredit cəlb edib
# 12 oktyabr 2011 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) təşkilatçılığı ilə 25 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair müqavilə imzalayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, imzalanma mərasimi Bakıda Azərbaycan-Avstriya biznes forumunda baş tutub.

Məbləğin 12,5 mln. dolları FMO, 7,5 mln. dolları Avstriya İnkişaf Bankı (OeEB) və 5 mln. dolları digər 3 maliyyə təşkilatı – Avstriyanın «Raiffeisen Bank International AG», Hollandiyanın «DemirHalk Bank N.V.» və İsveçrənin «Atlantic Forfaitierungs AG» tərəfindən ayrılıb.

Bu, «DəmirBank»ın cəlb etdiyi artıq üçüncü sindikatlaşdırılmış kreditdir və bankın tarixində ən iri cəlbetmədir. Kredit Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə ediləcək.

FMO və OeEB tərəfindən maliyyələşdirilən hissələr 5 il müddətinə verilib. Belə ki, bu günədək sindikatlaşdırılmış kreditlər əsasən maksimum 3 il müddətinə ayrılıb.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR