Bank Of Baku

Azərbaycan paytaxtında POS-terminalların şəbəkəsi kəskin genişlənib

Azərbaycan paytaxtında POS-terminalların şəbəkəsi kəskin genişlənib
# 12 oktyabr 2011 14:51 (UTC +04:00)
Son 6 ay ərzində Bakı şəhərində 11 minə qədər POS-terminal quraşdırılıb və bununla da paytaxtdakı POS-terminalların ümumi sayı 13 mini keçib.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov bildirib: «Əgər son 6 aya qədər Bakı şəhəri üzrə 2 mindən bir az artıq POS-terminal quraşdırılıbsa, artıq bunların sayı 13 mini keçib».

Nazirin sözlərinə görə, POS-terminalların artması təkcə Bakıda «Eurovision-2012» musiqi müsabiqəsinin keçirilməsi ilə bağlı deyil. Xatırladaq ki, «Eurovision-2012» musiqi müsabiqəsinin gələn ilin may ayında Bakıda keçiriləcəyi ilə əlaqədar Azərbaycana xarici turistlərin axını gözlənilir. Bu da plastik kartla alqı-satqı əməliyyatlarını aparmağa imkan verən POS-terminalların quraşdırılması məsələsini daha da aktuallaşdırıb.

F.Məmmədov bildirib ki, bu işlər dövlət başçısının nağdsız hesablaşmaların stimullaşdırılması barədə sərəncamına uyğun olaraq atılır: «POS-terminalların quraşdırılması üçün xüsusi qrafik təsdiqlənib. Əvvəlcə Bakının mərkəzi, sonra bütün ərazisi, daha sonra ətraf rayonlar, bundan sonra isə respublikanın bütün ərazisi POS-terminallarla təmin olunacaq».

Nazirin sözlərinə görə, bu prosesə banklar və dövlət qurumları da böyük dəstək verir: «POS-terminalların alınıb gətirilməsində çətinlik çəkən və problemi olan banklara dəstək verilir».

F.Məmmədov vurğulayıb ki, bu proses davam edəcək və gələcəkdə kassa aparatlarını da əhatə edəcək: «Çünki hər 5-6 ildən bir kassa aparatlarının mənəvi köhnəlməsi prosesi baş verir və dünya praktikasına görə, bunlar dəyişdirilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR