Bank Of Baku

«Müstəqil Azərbaycan 20 ildə - qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı» mövzusunda dəyirmi masa keçirilib

«Müstəqil Azərbaycan 20 ildə - qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı» mövzusunda dəyirmi masa keçirilib
# 12 oktyabr 2011 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjasının (BFB) və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının əməkdaşlarının iştirakı ilə ölkənin müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Müstəqil Azərbaycan 20 ildə - qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı» mövzusunda dəyirmi masa keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dövlət müstəqilliyinin əldə edilməsinin böyük tarixi nailiyyət olduğunu vurğulayıb və bunu xalqın ən böyük milli sərvəti adlandırıb.

R.Aslanlı 1999-cu ildə QKDK-nın fəaliyyətinin təmin edilməsi haqqında fərmanına toxunub və bununla ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməlinin qoyulduğunu, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafında yeni mərhələnin başlandığını bildirib.

Tədbirdə çıxış edən QKDK-nın sədr müavini İlqar Muradov son 20 il ərzində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qiymətli kağızlar bazarında da dinamik artım müşahidə edildiyini və qiymətli kağızlar bazarının inkişaf mərhələləri barədə geniş məlumat verib. O bildirib ki, 2011-ci il ərzində dövlət qiymətli kağızlar bazarının artım tempi korporativ qiymətli kağızlar bazarının artım tempini 2,3 dəfə üstələyib və dövlət qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə artaraq 4,9 mlrd. manat təşkil edib, dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmində 4,9%, əməliyyatların sayında isə 45%5-lik artım qeydə alınıb. Cari il ərzində korporativ qiymətli kağızlar bazarının artım dinamikası davam etdiyini və ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə artaraq 805 mln. manat təşkil etdiyini bildirən İ.Muradov çıxışının davamında korporativ istiqrazların ilkin və təkrar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 694 mln. manat təşkil etdiyini qeyd edib: «Səhm bazarının ümumi həcmi 112 mln. manat təşkil edib və səhmlərin təkrar bazardakı ticarət həcmi 25% artıb».

Daha sonra sədr müavini ötən dövr ərzində BFB ilə MDM arasında elektron əlaqənin təmin edildiyini, peşəkar iştirakçıların elektron ticarət sisteminə məsafədən çıxış imkanı əldə etdiyini qeyd edib.

Tədbir zamanı Komitənin İnsan resursları şöbəsini müdiri Şölə Əkbərova Azərbaycanın suverenliyinin bərpasından sonra qiymətli kağızlar bazarında insan kapitalının inkişafı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Mövzu ətrafında geniş müzakirələrdən sonra QKDK-nın sədri R.Aslanlı növbəti illərdə qarşıya qoyulmuş hədəflərdən danışaraq iclası yekunlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR