Bank Of Baku

«AzSığorta»nın daxilolmaları son bir ildə 34% artırıb

«AzSığorta»nın daxilolmaları son bir ildə 34% artırıb
# 13 oktyabr 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2011-ci il yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 15,653 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 34,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə həyata keçirdiyi ödənişlərin həcmi 62% artaraq 1,486 mln. manata çatıb.

Qeyd olunan dövrdə ən çox sığorta haqqı «Yüklərin sığortası» (4,722 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,989 mln. manat) və «Yanğından icbari sığorta» (2,864 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu daxilolmlarda payı müvafiq olaraq 30%, 26% və 18% təşkil edib.

Könüllü sığorta növləri üzrə toplanan haqların həcmi 12,095 mln. manat, icbari sığorta növləri üzrə isə 3,558 mln. manat olub.

Ödənişlərə gəldikdə, hadisələr üzrə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (566,278 min manat və ya 38%), «Yanğından icbari sığorta» (368,471 min manat və ya 25%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (283,883 min manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə 1,067 mln. manat, icbari sığorta növlərinə görə isə 420 min manata yaxın ödəniş həyata keçirilib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı il dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR