Bank Of Baku

«Parabank»ın Ağcabədi filialının fəaliyyətə başlamasından 4 il ötür

«Parabank»ın Ağcabədi filialının fəaliyyətə başlamasından 4 il ötür
# 25 noyabr 2011 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin Ağcabədi filialı fəaliyyətinin 4 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın Ağcabədi filialı 2008-ci ilin noyabr ayının 19-da fəaliyyətə başlayıb. Bu müddət ərzində müştərilərə bütün bank xidmətlərini təqdim edən filial böyük nəticələrə nail olub.

Bankdan bildirilib ki, Ağcabədi filialında əsasən kredit siyasətinə üstünlük verilir. Filial müştərilərə aqro-kreditlərlə yanaşı, biznes və girov əsasında istehlak kreditləri, lombard kreditləri, zaminlik əsasında verilən kreditlər təqdim edir. Filialda həmçinin pul köçürmələri, KÖMİS, «Azercell», «Bakcell» ödənişləri və bunlarla bərabər depozitin qəbul edilməsi kimi xidmətlər də mövcuddur.

Qeyd edək ki, Ağcabədi filialının müştərilərinin ümumi sayı 1000 nəfərdən çoxdur. Filial
Ağcabədi şəhəri, H.Əliyev prospekti, 131 ünvanında yerləşir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR