Bank Of Baku

Azərbaycanda sığorta şirkətləri arasında futbol turniri keçirəcək

Azərbaycanda sığorta şirkətləri arasında futbol turniri keçirəcək
# 28 noyabr 2011 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının son ümumi yığıncağında sığorta şirkətləri arasında futbol turnirinin keçirilməsi ilə bağlı qərara qəbul olunub.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, futbol turnirinin gələn ilin yanvar ayının 30-dan aprel ayının 15-dək keçirilməsi planlaşdırılır. Turnirin təşkili ilə bağlı qurumun tərkibində fəaliyyət göstərən komitəyə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, iclasda həmçinin Müşahidə Şurası tərəfindən 3 sığorta şirkətinin maliyyə vəziyyətinin çətin olması ilə bağlı həmin təşkilatlar tərəfindən quruma üzvlük haqqının ödənilməməsi məsələsi də müzakirə olunub.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR