Bank Of Baku

«Turanbank» mənfəəti son bir ildə 10% artıb

«Turanbank» mənfəəti son bir ildə 10% artıb
# 28 noyabr 2011 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il noyabr ayının 1-nə 164 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 30,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,5% artaraq 118,2 mln. manata, depozit portfeli isə ilin əvvəli ilə müqayisədə 61,8% artaraq 71,5 mln. manata çatıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2010-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32,4% artaraq 39,2 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı son bir ildə 18% artaraq 26,4 mln. manat, o cümlədən nizamnamə kapitalı 19% artaraq 22 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə bankın ümumi gəlirləri 15,4 mln. manat, xərcləri isə 11,9 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 3,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çoxdur.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR