Bank Of Baku

Yunanıstan Statistika Agentliyinin rəhbəri dövlətə xəyanətdə ittiham olunur

Yunanıstan Statistika Agentliyinin rəhbəri dövlətə xəyanətdə ittiham olunur
# 28 noyabr 2011 13:51 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın “Elstat” Statistika Agentliyinin rəhbəri Andreas Georgiu haqqında cinayət işi açılıb.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, A.Georgiu ölkədəki maliyyə böhranının həcmini bilərəkdən şişirtməkdə və dövlət maraqlarına qarşı fəaliyyətdə ittiham olunur.

Əvvəllər 20 il Beynəlxalq Valyuta Fondunda çalışmış A.Georgiu bildirib ki, onu statistikanı saxtalaşdırmadığına görə təqib edirlər: “Mən istərdim ki, bizim qurum cansıxıcı müəssisə olsun. Amma təəssüf ki, statistika Yunanıstanda təkbətək döyüş növlərindən biridir”.

İttihamlar isə 2001-ci ildə Yunanıstanın 2,4 mlrd. avro həcmində borcunun “Goldman Sachs” bankı ilə mürəkkəb sövdələşməsi nəticəsində silinməsi ilə əlaqədardır. “Elstat” isə bu qənaətə gəlib ki, reallıqda dövlətin öhdəlikləri yerində qalıb.

Bundan başqa, A.Georgiu 2009-cu ildə büdcə kəsirinin həcmini nəzərdən keçirib. Məlum olub ki, büdcə kəsirinin ÜDM-ə olan nisbəti 13,4%-dən 15,8%-ə yüksəlib. Bu isə avrozonanın tarixində rekord göstəricidir.

A.Georgiunun məhkəməsi dekabrın 12-də başlayacaq. İttihamlar təsdiqlənərsə, onu ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, “Elstat” 2010-cu ilin avqust ayından müstəqil qurum olub, yalnız ölkə parlamenti və Avropa İttifaqı qarşısında hesabat verir. Yunanıstan bu dəyişikliyə növbəti maliyyə yardımı almaq üçün razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR