Bank Of Baku

Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 28 noyabr 2011 14:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin oktyabr ayı üzrə 100,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr ayının indeksindən 7,7 faiz bəndi azdır. Qeyd edək ki, avqust ayı üzrə indeks 101,4%, iyulda 99,6%, iyunda 97,1%, mayda 118,3%, apreldə 82,3% martda 115,9%, fevralda 94,5%, yanvar ayında isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin oktyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 446,5 mln. manat, sentyabrda 1 436,2 mln. manat, avqustda 1 325,5 mln. manat, iyulda 1 307,8 mln. manat, iyunda 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

İndeksinin 100%-dən çox olması onun azalmasının mənfi təsirini müəyyən dərəcədə azaldır. Belə ki, indeksin azalması pərakəndə ticarət dövriyyəsinin aylıq artım tempinin azalmasını, onun 100%-dən yüksək olması isə pərakəndə ticarət dövriyyəsinin aylıq müqayisədə artmasını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR