Bank Of Baku

Bu il Rusiyaya birbaşa xarici investisiyaların həcmi 36 mlrd. dollar təşkil edib

Bu il Rusiyaya birbaşa xarici investisiyaların həcmi 36 mlrd. dollar təşkil edib
# 29 noyabr 2011 09:47 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin 10 ayı ərzində Rusiyaya birbaşa xarici investisiyaların həcmi 36 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə bu göstərici 32,2 mlrd. dollar olub: “Artım o qədər də çox deyil, amma nəzərə çarpan səviyyədədir”.

V.Putin ölkə iqtisadiyyatının əsas və strateji sahələrinə birbaşa xarici investisiyaların cəlb olunması üçün əlverişli mühit yaradılmasının zəruriliyini vurğulayıb, bunun üçün qanunvericilikdə bir sıra dəyişikliklər edildiyini nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR