Bank Of Baku

“Baker Tilly” şirkətinin nümayəndəsi: “İnvestisiya mühitinin yaxşılaşdırılması üçün mühasibat-audit sahəsində islahatlar vacibdir”

“Baker Tilly” şirkətinin nümayəndəsi: “İnvestisiya mühitinin yaxşılaşdırılması üçün mühasibat-audit sahəsində islahatlar vacibdir”
# 02 dekabr 2011 08:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə «Baker Tilly Azerbaijan» şirkətinin partnyoru Ziya İbrahimov Bakıda keçirilən “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransındakı çıxışında bildirib.

Onun sözlərinə görə, son 10 ildə baş verən proseslər Xəzər regionunda siyasi sabitliyi təmin edib: «ÜDM-in və adambaşına düşən gəlir göstəricilərinin yüksəlməsi yerli investorların potensialının artmasına, orta müddətli planlar qurmağa, xarici investorlar üçün əlverişli şəraitin yaranmasına və investisiyaların artımına imkan verir».

Ekspert investisiya mühitinin yaxşılaşması üçün əsas amillərdən biri kimi hesabatlılığın şəffaflığını və mühasibat-audit sahəsində islahatların vacibliyini xüsusi qeyd edib: «Bunun üçün yerli və beynəlxalq hesabatlılıq standartları arasındakı fərq minimuma endirilməli, yerli şirkətlərdə hesabat hazırlayan işçilərin maliyyə və idarəetmə sahəsindəki bilik və bacarıqları artırılmalıdır». Paralel olaraq korporativ idarəetmə təkmilləşməli, kiçik və orta müəssisələr maliyyə şəffaflığı nəticəsində əldə edə biləcəkləri üstünlüklər barədə xəbərdar olmalıdırlar.

«Baker Tilly Azerbaijan»ın nümayəndəsi qeyd edib ki, bank-maliyyə sektorundakı islahatlar başa çatdırılmalı və yeni islahatlara hazırlıq görülməlidir. Eyni zamanda fond və əmtəə birjalarının effektivliyi artmalı, investisiya fondları və investisiya bankları yaradılmalıdır.

Z.İbrahimovun sözlərinə görə, investisiya mühitinin yaxşılaşdırılması üçün Xəzəryanı ölkələrdə gömrük prosedurlarının unifikasiyası təmin olunmalı, proteksionizm azaldılmalıdır. İnvestisiyaların cəlb edilməsi üçün mühüm tədbirlərdən biri də fərqli vergi dərəcələrinin tətbiqi ola bilər: «Vergi dərəcələri iqtisadiyyatın sahələri, eləcə də yerli və xarici investorlar üzrə fərqli olmalıdır». Maraqlı tövsiyələrdən biri də banklardan cəlb olunan vəsaitlərin faiz dərəcələrinin regionlaşdırılması, yəni kiçik və orta biznes üçün bank faizlərinin regionlardan asılı olaraq dəyişməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR