Bank Of Baku

İslam İnkişaf Bankının Azərbaycan üzrə portfeli hazırda 1,2 mlrd. dollara çatıb

İslam İnkişaf Bankının Azərbaycan üzrə portfeli hazırda 1,2 mlrd. dollara çatıb
# 02 dekabr 2011 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İslam İnkişaf Bankının (IDB) Azərbaycan üzrə məcmu portfeli hazırda 1,2 mlrd. ABŞ dolları təşkil edir. «APA-Economics»in məlumatına görə, bu barədə IDB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev bildirib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Hazırda Bank tərəfindən Azərbaycanda Bakı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi (2009-2012-ci illər), Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması (2008-2011-ci illər), Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması (2009-2011-ci illər) və «Cənub» İstilik Elektrik Stansiyasının tikintisi (2007-2011-ci illər) layihələri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR