Bank Of Baku

Sarkozi: “Avropa tezliklə dəyişmək istəməsə, bundan sonrakı tarix bizsiz yazılacaq”

Sarkozi: “Avropa tezliklə dəyişmək istəməsə, bundan sonrakı tarix bizsiz yazılacaq”
# 02 dekabr 2011 09:53 (UTC +04:00)
Bakı - APA-Economics. Fransa və Almaniya vahid Avropa valyutasını qorumaq və hazırda 17 ölkəni birləşdirən valyuta ittifaqını möhkəmləndirmək üçün Avropa İttifaqının (Aİ) əsas razılaşmalarına fundamental dəyişikliklər edilməsinə nail olacaqlar. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Fransa prezidenti Nikola Sarkozi bildirib.

Dekabrın 5-də Almaniya kansleri Angela Merkellə görüşəcəyini deyən prezidentin sözlərinə görə, görüşdə vahid Avropanın stabil gələcəyini təmin edəcək islahatlar paketi müzakirə olunacaq.

N.Sarkozi etiraf edib ki, Aİ-nin baza sazişlərində islahatlar aparılması uzunmüddətli və mürəkkəb, amma vacib prosesdir: “Əgər Avropa tezliklə dəyişmək istəməsə, bundan sonrakı tarix bizsiz yazılacaq”.

Fransa prezidenti qeyd edib ki, valyuta ittifaqı sıx iqtisadi əlaqələrlə möhkəmləndirilməsə, avrozonanın iflası qaçılmaz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR