Bank Of Baku

ABŞ Senatı İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqini yekdilliklə bəyənib

ABŞ Senatı İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqini yekdilliklə bəyənib
# 02 dekabr 2011 10:43 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Senatı İranın maliyyə sektoruna, o cümlədən İran Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqini yekdilliklə bəyənib.

APA-Economics”in xəbərinə görə, Senatın saytında bildirilir ki, sanksiyaların lehinə Konqresin yuxarı palatasının iclasında iştirak edən 100 senatorun hamısı səs verib.

Bu sanksiyalar İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici təşkilatlara ABŞ-da müxbir hesabına malik olmağı qadağan edir. Sanksiyaların neftin qiymətini qaldıracağından ehtiyat edən Barak Obama administrasiyası onun əleyhinə çıxıb. Çünki sanksiyalar İranın neft ixracından qazanc əldə etməsini də çətinləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR